“Azərbaycan cəmiyyəti olaraq siyasi cəhətdən bir qədər fəal olmalıyıq. Çünki informasiya mübarizəsində ermənilərdən geri qalırıq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı da infermənilərin güclü informasiya mübarizəsi ilə üz-üzə qaldıq və o zaman bu mübarizənin qarşısını Cənab Prezident verdiyi müsahibələrlə almış oldu:
“Ancaq son günlər müşahidə edirik ki, yenidən erməni diasporu Fransa, Amerika, eləcə də Rusiyada fəallaşıblar. Bu da təbii ki, onların fəaliyyərləri ilə bağlıdır. Təkcə bir faktı qeyd edim ki, ermənilər dünyada qondarma soyqırıma və Qarabağ müharibəsinə aid 30 min adda kitab yazıblar. Azərnbaycanda və Türkiyədə isə Qarabağ problemi, qondarma erməni soyqırımını ifşa edə biləcək 300-dən artıq kitab yoxdur".
Sabiq millət vəkili onu da deyib ki, dünyada müharibələrə son qoyulmalı, “Soyuq müharibə” dövrü arxada qalmalıdır:
Müharibəılərin insanlara fəlakət, ölüm, aclıq gətirdiyini deyən Cahangir Hüseynov Rusiya-Ukrayna müharibısi fonunda bunu aydın şəkildə gördüyümüzü vurğulayıb.