İran xüsusilə, son dönəmlərdə Azərbaycan dövlətinin sinir uclarına toxunmağa başlamışdı. Azərbaycanın Zəngəzur dəhlizinə qarşı açıq düşmənçilik, İran XİN rəhbərinin Ermənistan səfəri, Qafanda konsulluq açılması İran düşmənçiliyinin sistematik olmasını deməyə əsas verir.
İran bizim və Türkiyə sərhədlərində hərbi təlimlər keçirməklə, açıq düşmənçilik nümayiş etdirib.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, Azərbaycana qarşı dövlət dəstəkli güclü media kampaniyası aparılır:
"Naxçıvanın blokadada olmasından istifadə edərək, muxtar respublikanı işğal etmək təklifləri irəli sürülür. Güney Azərbaycanda soydaşlarımızın hüquq və azadlıqlarının pozulması, milli gənclərə qarşı repressiya tam sürətlə davam edir. Bu ölkəyə qarşı konkret addımlar atmağın zamanı yetişir".
Əli İbrahimov onu da deyib ki, molla rejimi Bakı-Ankara birliyinə Tehran-İrəvan “qardaşlığı” ilə cavab verir:
"Alayarımçıq binada “qırmızı lenti” kəsən Abdullahianın verdiyi açıqlamalar bu kontekstdı diqqət çəkir. İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Təəssüf ki, rəsmi adında “İslam” sözü olan İran Ermənistanla birgə Azərbaycana qarşı düşmən mövqeyi göstərib və göstərməkdə davam edir. İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi günümüzə qədər davam edir. Ötən müddət ərzində Azərbaycan İrana xoşməramlığını dəfələrlə nümayiş etdirsə də, İran “xain xoflu” xislətindən əl çəkmir".
Mehman