Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva və Tehranın Azərbaycana qarşı gizli sövdələşməsi

Moskva və Tehranın Azərbaycana qarşı gizli sövdələşməsi


Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsinə Tehran dövlətinin Rusiya tərəfdən qoşulması artıq heç kimə gizli fakt deyil, baxmayaraq ki, Tehran rəsmiləri təkzibedilməz faktlar qarşısında da Rusiyaya hərbi yardımını israrla inkar edir. Rusiyanın Ukraynaya təcavüzünü yeganə real hərbi köməklə dəstəkləyən Tehran dövləti bu addımı ilə bütün dünyaya qarşı çıxmaqla çox böyük riskə getdi halbuki, özü də qərb dünyanının tətbiq etdiyi sanksiyalar ucbatından çox ağır vəziyyətdə mövcudluğunu davam etdirir. Digər tərıfdən bütün Tehran dövlətinin ərazisini bürüyən və bir aydan çox səngiməyən etirazlar fonunda Rusiyaya hərbi dəstək verməkdə davam etməsi sözün həqiqi mənasında bu teokratik ölkə üçün çox böyük təhlükələr vəd edir.

Düşündürücü budur ki, Tehran dövləti bütün bu risklər qarşısında Rusiyaya niyə kömək edir və Rusiya Tehran dövlətinə hansı güzəştlər edir, yaxud nə verir ki, bu şovinist fars dövləti özünün ölüm-qalım təhlükəsi ilə belə riskə gedir?!

Fikrimcə, bir neçə gün əvvəl Tehran dövlətinin Azərbaycan sərhədlərində, Araz çayı boyu keçirdiyi hərbi təlimlərdə körpülərin salınması, yüksəkliklərin tutulması kimi tapşırıqların icrası üzrə təlim keçməsi və möhtəşəm qələbəmizlə yekunlaşan 44 günlük müharibədən sonra Tehran dövlətinin Azərbaycana qarşı daha sərtləşən təhdidləri, "qırmızı xətləri", "konsulluqları" bir mənalı olaraq onu deməyə əsas verir ki, Tehran dövlətinin Azərbaycana qarşı təcavüz planları var nəzərə alsaq ki, Tehran dövlətinin Azərbaycana qarşı aqressiv ritorikası hətta Tehran dövlətinin "ənənəvi düşməni" İsrailə qarşı təhdid və həddə-qorxularını qat-qat üstələyir.

Bir neçə gün əvvəl Azərbaycan prezidentinin bütün dünya azərbaycanlılarına kömək edıcəyimiz barədə açıqlamaları sözsüz ki, Tehran dövlətinin tərkibində olan 40 milyonluq Cənubi Azərbaycana bir başa aid açıqlamadır. Qeyd edilənlərin analizi onu göstərir ki, Tehran dövlətinin Rusiya-Ukrayna müharibəsinə tərəf kimi qoşulması və sövdələşməsi Azərbaycanla bağlı məsələdir. Onu da nəzərdən qaçırmamalıyıq ki, 23 fevral 2022 ci il Moskva Bəyannaməsinə əsasən Rusiya və Azərbaycan müttəfiq hesab olunur. Buna görə də Tehran dövlətinin ölüm-qalımına bərabər Rusiyaya hərbi dəstəyinin riskinin arxasında Tehran dövlətinin Azərbaycana qarşı hərəkətlərində və hətta təcavüzündə Rusiyanın Tehran dövlətinə mane olmamaq vədi dura bilər.

Ancaq o da faktdır ki, Tehran dövləti Azərbaycana qarşı hərbi əməliyyatları bir neçə vacib əsaslardan onun özünün məhvinə bərabərdir. Hərbi güclə Azərbaycana Tehran dövlətinin qalib gəlməsi Ermənistan Azərbaycana qalib gələcəyi vədinə bərabər, bu birinci məqam, ilincisi isə Azərbaycanın real müttəfiqləri ilə, daha doğrusu Türkiyə, İsrail, Pakistan birliyi qarşısında Tehran dövləti haqqında ancaq keçmiş zamanda danışıla bilər.

Hər bir halda məntiq və gedən proseslərin analizi onu əminliklə deməyə əsas verir ki, Tehran dövləti Rusiya-Ukrayna müharibəsinə Rusiya tərəf çıxması müqabilində Tehranın Azərbaycan planlarına Rusiyanın ən azı neytral qalması sövdələşməsidir, çünki Tehran dövləti özünün mövcudluğunun yeganə təhlükəsini Şimali və Cənubi Azərbaycanda görür, Rusiya və Tehran dövləti Azərbaycana qarşı bir daha xəyanət etmək fikirlərində olduqları heç şübhısizdir. Ancaq məsələdə ondadır ki, nə zaman o zamandı, nə də ki Azərbaycan o Azərbaycan deyil...

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş