"Qərb həmişə vəziyyəti gərginləşdirmək istəyir, qanlı, təhlükəli və çirkin oyun oynayır".
Newscenter.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
"Son aylarda Qərb eskalasiya etmək üçün bir sıra addımlar atıb", - Rusiya lideri vurğulayıb.
Putin Qərbi Ukraynada müharibəni alovlandırmaqda, Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə, enerji böhranını gücləndirməkdə və qaz kəmərlərini dağıtmaqda ittiham edib.