Oktyabrın 28-də Lənkəran rayonunun Liman şəhərində 35 yaşlı kişi intihar edib.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Ramal Yaşar oğlu Əhədov yaşadığı evin həyətində yerləşən çardaqdan özünü asaraq həyatına son verib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.