Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan "Qarabağda tələ qurur"?

Paşinyan "Qarabağda tələ qurur"?


Sülhməramlıların mandatının uzadılmasına Paşinyan qərar verə bilməz. Qarabağ Azərbaycandır. Əgər Nikol həmin sənədə imza atarsa Qərbi Zəngəzurun aqibətini düşünməli olacaq.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki, Paşinyanın belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışıqların tərəfi olduğunun göstəricisidir:

"Digər tərəfdən, Azərbaycan bir şərtlə müəyyən məsələlərə baxa bilər. Müəyyən istəklərin müqabilində - Ermənistan rəsmi şəkildə Qarabağa iddiadan əl çəkir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır . Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, deməli Qarabağla bağlı daxili auditoriyanın gözündən pərdə asmaq üçün sülhməramlıların bölgədə daha 10- 20 il qalması bəyanatını səsləndirir. Onun məqsədi bəllidir. Qarabağla bağlı qeyri- müəyyən vəziyyətin gələcəyə saxlanılması".

Anar
Xəbəri paylaş