"Putinin son bəyanatlarından sonra Soçidə keçirilməsi nəzərdə tutulan görüşdə iştirak etməyin heç bir əhəmiyyəti qalmayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Rusiyanın vasitəçiliyində hər hansı bir platformanı qəbul etmək artıq mənasızdır:
"Çünki, Rusiya Ukraynaya hərbi müdaxiləsi fonunda, daha çox itirdiyi nüfuzunu və siyasi maraqlarını təmin etməyə çalışacaq. Soçi görüşü, Brüssel platforması çərçivəsində keçirilən, xüsusilə də son Praqa görüşündə, əldə olunan razılaşmalara və iki ölkə arasında bütün istiqamətlərdə, istər siyasi, istər iqtisadi baxımdan olsun, sülh sazişinə yaxınlaşdıran bütün razılaşmalar kontekstində məqbul variantlara qarşı, Rusiyanın pozucu mövqeyini və təsir mexanizmini saxlamaq niyyəti daşıyır. Məhz belə bir vəziyyətdə, hər iki ölkə Rusiyanın vasitəçiliyindən imtina etməlidir. Soçidə təşkil edilmiş üçtərəfli görüş, məhz Putinin son bəyanatlarından dolayı boykot olunmalıdır".
Anar