Bu gün Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri artıq Soçi şəhərindədirlər.
Dünən isə Azərbaycanın Xankəndi şəhərində erməni separatçılarının mitinqindən görüntülər paylaşıldı. Bu görüntüləri yəqin ki, hamınız görmüsünüz. Hiss olunur ki, dığalar bu mitinqin izdihamlı görünməsi üçün əllərindən gələni ediblər.
Əlbəttə, mitinqin izdihamlı alınmasında Kremlin emissarı sayılan milyarder Ruben Vardanyanın sponsorluğunun da xüsusi rolu olub. Deyilənlərə görə, adam dünən mitinqə gələnlərə pul paylayırmış. Bütün bunlar isə dünənki mitinqin məhz Moskvadan gələn gizli göstəriş əsasında təşkil edildiyi ehtimalının yayılmasına səbəb olub.
Bir çoxları hesab edir ki, Rusiya Xankəndindəki mitinq oyunu ilə əslində Bakıya psixoloji və siyasi təzyiq göstərməyi hədəfləyib. Lakin bu mümkünsüzdür. Bu gün Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. İndiki Azərbaycan 90-cı illərdəki zəif Azərbaycan deyil.
Biz bu gün qalib ölkəyik. Qalib ölkəyə isə heç bir xarici güc nəyisə diktə edə bilməz. Odur ki, biz Soçi görüşünün rəsmi Bakının hədəflərinə uyğun keçəcəyinə əminik. İlham Əliyev Azərbaycanın maraqlarını qorumağı bacarır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri