Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır.
Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb.
"Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - bəyanatda deyilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev ondan hərbi məqsədlər üçün istifadəni dayandırmayana qədər taxıl dəhlizindəki hər hansı obyektin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.
Nazirlik Rusiyanın Qara Dəniz Təşəbbüsündən çıxmadığını, razılaşmaları dayandırdığını vurğulayıb.