Rusiyanın Soçi şəhərində bu ölkənin, habelə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir. Eyni zamanda üç ölkənin xarici işlər nazirləri ayrı-ayrılıqda danışıqlar aparırlar.