Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 020, bu günə qədər isə ümumilikdə 7 320 320 test icra olunub.
Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.