Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə telefon söhbəti zamanı Qafqazdakı son hadisələri müzakirə edib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı taxıl sazişi ətrafında vəziyyət və 3+3 regional platforması çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.