Ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük noyabr iclasının nəticələrinə əsasən, uçot dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb - 3,75-4 %-dək.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə FES-in saytında məlumat verilib.
“Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq komitə federal fondlar üzrə hədəf diapazonunu 3,75-4%-ə yüksəltmək qərarına gəlib”, - açıqlamada qeyd olunub.
FES uçot dərəcəsinin hədəf diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab etdiyinə də aydınlıq gətirib.