Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Baksol" yolunun asfaltlanmasına başlanılıb VİDEO

“Baksol" yolunun asfaltlanmasına başlanılıb VİDEO


2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Newscenter.az xəbər verir ki, bu istiqamətdə rayonun M. Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.

Təmir işləri çərçivəsində yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılır. Artıq yolun 700 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, işlərin aparılacağı müddət ərzində yolboyu təmir olunan hissə üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu üzdən Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Sevinc
Xəbəri paylaş