Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gülağa Tənha: "Azərbaycan Prezidenti İlham Əliyevə sadiq olaq!"-VİDEO

Gülağa Tənha: "Azərbaycan Prezidenti İlham Əliyevə sadiq olaq!"-VİDEO


Mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadənin diplomat kimi geri çağrıldıqdan sonra hakimiyyətə qarşı kəskin ittihamlar səsləndirməsi, radikal siyasi düşərgə ilə əməkdaşlığa meyilli olması cəmiyyətin müxtəlif təbəqələri tərəfindən normal qarşılanmayıb. Onun radikal siyasi düşərgə ilə birlikdə hakimiyyətə qarşı mübarizə aparması tanınmış iş adamı, xeyriyyəçi, nəğməkar şair Gülağa Tənhanın da etirazına səbəb olub.

Newscenter.az xəbər verir ki, tanınmış xeyriyyəçi videmüraciətində İsfəndiyar Vahabzadəyə müraciətində deyib: "Hörmətli İsfəndiyar müəllim, 1998-ci ildən başlayaraq atanız ölənə qədər siz harda idiniz, niyə ona dərman almırdınız? Niyə ona yetərincə ərzaq almırdınız? Niyə onun kitablarını çap etdirmirdiniz? Niyə siz ona qayğı göstərmirdiniz?"

Gülağa Tənha qeyd edib ki, İsfəndiyar Vahabzadə atasına heç bir qayğı göstərməyib, anasının qulluğunda durmayıbsa, bu gün Azərbaycan xalqına necə oğulluq edə bilər".

Xeyriyyəçi iş adamı onu da bildirib ki, İsfəndiyar Vahabzadə heç bir əsası olmayan, lazımsız çıxışları ilə xalqla dövlət, xalqla prezident arasında böyük bir uçurum yaradır:

"Gec-tez bu uçuruma siz özünüz düşəcəksiniz".

Xəbəri paylaş