Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb.

Newscenter.az xəbər verir ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub.

Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.
Xəbəri paylaş