"Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azəraqrar MMC 2019 cu ildə "Xalq" qəzetində elan verərək cəmiyyətə məxsus bütün Torpağa dair Dövlət Aktların əslinin itdiyini və buna görə etibarsız sayıldığını bildirib. 01 yanvar 2020- ci il tarixdən ölkədə əkinlər üçün subsidiyalar yeni elektron qaydada bəyan edilməyə və verilməyə başlandı. Həmin dövrdən başlayaraq bir müddət güzəşt edilsə də, sonradan bəyan edilən əkinlər üçün ancaq sənədlərin əsli və ya təsdiq olunmuş surəti tələb olundu və bu gün də proses davam etməkdədir. Amma Azəraqrar MMC-nin Göy-Göl rayon DAİM-ə təqdim etdiyi sənəd xaric, bütün sənədlər kserosurətdir və təsdiq belə olunmayıb"
Newscenter.az xəbər verir ki, bu fikirləri ekspert Şəmşad Kərimov səsləndirib. O bileirib ki, "Azəraqrar" MMC-nin Tovuz və Gədəbəy DAİM-lərə təqdim etdiyi sənəd Dövlət Aktı belə deyil:
"Sadəcə xəritədir. Bu günə qədər itmiş sənədlərdən yalnız bir təsərrüfatda bir hissə üçün çıxarış alınıb .2019 cu ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Azəraqrar" MMC-nin əkinləri bəyan olunarkən təqdim olunmuş sənədlərə baxılmayıb. Çünki bəyan zamanı sənədlər təsdiq edilərkən əsas kimi bir çoxuna sənədin əslinə əsasən qeydi aparılıb".
Şəmşad Kərimov qeyd edibb ki, bütün bəyanlar rayon DAİM-lərdə təsdiq olunsa da, bu sənədləri əsasən Nazirliyin məsul əməkdaşı Fuad Səlimov təsdiq edib və bu günə qədər bu davam edir:
"Hətta bəzi sənədlər təsdiq edilərkən əsas kimi Torpaqlardan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firidun Tağıyevin şifahi göstərişi yazılıb. "Azəraqrar" MMC -nin 15 rayonda 60000 (altmış min) hektara yaxın kənd təsərrüfatı təyinatlı torpağı vardır".
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mehman