Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin siyasi yükü

Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin siyasi yükü


Bugünlərdə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanla bağlanmış iqtisadi əməkdaşlıq sənədləri mahiyyət etibarı ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin dahada güclənməsinə təsir edəcək. Bu Avropa ölkəsinin əhalisi genetik kökü etibarı ilə Türk soyuna bağlıdır və müasir dövrdə siyasi baxımdan buistiqamətə meyillənib. Bu səbəbdən Macarıstan artıq bir neçə ildir ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunur.

İki ölkə arasında əməkdaşlığın bütün qolları üzrə isti münasibətlərin formalaşması hər iki tərəf üçün mənfəət baxımından olduqca maraqlıdır. Dövlət rəhbərlərinin Budapeştdə növbəti görüşü indiyədək əldə olunan razılaşmaların davamı olaraq daha geniş və sanballı investisiya tələb edən layihələrlə yadda qalıb. Hazırda bir çox ölkələr və bütövlükdə Avropa Birliyi ənənəvi və yaşıl enerji mənbəyi kimi Azərbaycanı etibarlı tərəfdaş sayırlar.

Macarıstan və onunla qonşu olan digər Avropa ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi hazırkı beynəlxalq şəraitdə ölkəmizə qarşı məkrli planlar quran bəzi qüvvələrə ciddi zərbədir. Beləki, bir müddət əvvəl Fransa Respublikasının Milli Assambleyası böhtan xarakterli ittihamlar irəli sürərək Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə çağırış etmişdi. Bu, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda atdığı addımlar və ölkə ərazisində təbii ehtiyatların qeyri-qanuni istismarı ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı idi. Lakin göründüyü kimi, bir Avropa ölkəsi olmaq etibarı ilə Macarıstan, habelə onun qonşuları Bolqarıstan, Rumıniya və digər ölkələr bu haqsız çağırışı rədd edərək əməkdaşlığı daha da dərinləşdirmək yolunu tutdular. Fakt odur ki, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi get-gedə daha da möhkəmlənir, demək, xarici siyasət və qarşılıqlı etimada və mənfəətə söykənən iqtisadi siyasət düzgün yoldadır.

Xüsusilə nəqliyyat əlaqələrinin genişləndirilməsi və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpaetmə prosesində macar iş adamlarının iştirakı qarşılıqlı dostluq əlaqələrini gücləndirəcək. II Dünya müharibəsində Macarıstanın paytaxtı Budapeşt şəhəri yerlə-yeksan olunmuşdu. Ancaq müharibədən sonra yenidən tikilən şəhər öz gözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edir. Eyni şərait bizim azad edilmiş ərazilərdə hökm sürür və macar dostların bu quruculuq işində zəngin təcrübələri ilə iştirak etmələri, əminik ki, uğurla nəticələnəcək.

AzVP Təhlil və Araşdırmalar Mərkəzi.
Xəbəri paylaş