Azərbaycan Prezidentinin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir. Bu barədə Newscenter.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və....
Ermənistan əlində olan bir neçə şansdan, Azərbaycana qarşı istifadə etmək istəyir-ÖZƏL
"44 günlük müharibənin nəticələri, böyük dövlətlərin Cənubi Qafqaza olan diqqətini özünə çəkməyi bacardı. Görünən odur ki, son zamanlar dünyada gedən proseslər sabit qala bilmir və hər gün dəyişməkdədir”. Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi şərhçi Çingiz Şahbazi deyib ki,....
Türkiyədə zəlzələ nəticəsində 76 nəfər vəfat edib, 440 nəfər yaralanıb
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. Newscenter-az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Mehman....
Azərbaycan Ordusu yardım üçün Türkiyəyə gedəcək
Azərbaycan Silahlı Qüvvələri fəlakət bölgəsində Türkiyəyə yardım üçün yola düşəcək. Newscenter-az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb. “Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.....
Ermənistanın yalançı hay-küyü lazımı dəstək almadı-ÖZƏL
"Ermənistanın yalançı hay-küyü lazımı dəstək almadı. Çünki, Ermənistana gedən yol açıqdır, yəni ermənilərin dediyi kimi heç bir blokda şəraiti yoxdur". Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, buna rəğmən Azərbaycan tərəfinin isə Laçın....
Türkiyə beynəlxalq yardım üçün çağırış edib
Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib. Newscenter.az-ın məlumatına görə, “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu danışıb. “Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən....
Ərdoğan güclü zəlzələdən sonra ilk açıqlama verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama yayıb. Newscenter.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə yazıb. “Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən....
Türkiyədə 7,4 bal gücündə zəlzələ olub
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Newscenter-az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə....
Şiddətli fırtına Qalata qüləsinə zərər vurub-ÖZƏL
İstanbulda bir neçə gündür davam edən güclü külək evlərin damlarını uçurub, ağacları qırmaqla bərabər, şəhərin məşhur tarixi abidələrindən olan Qalata qüləsinə də zərər vurub. Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, külək Qalata qüləsinin dəmir məhəccərlərinibir-birindən qoparıb.....
Egey dənizində miqrantları daşıyan qayıq batdı-ÖZƏL
Egey dənizində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 4-ü uşaq, 1-i qadın olmaqla 5 nəfər həyatını itirib. Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, qəzadan sağ çıxan 41 nəfərdən 6-sı uşaq, ümumilikdə 8 nəfər isə müalicə üçün xəstəxanaya göndərilib. Xəstəxanaya....
Bu nazirliyin funksiyaları ASAN xidmətə verilməlidir-PARTİYA SƏDRİ
Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayərlər artır. Əksəriyyət sözügedən nazirliyin ləğv olunaraq müvafiq qurumlara birləşdirilməsi, yaxud onun rəhbərliyinin dəyişdirilməsi qənaətindədir. Newscenter.az-ın xəbərinə görə, Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab....
İran yaxın gonşularının ən böyük baş ağrısıdır
"2022-ci ilin təxminən üçdə birində ölkəni bürüyən kütləvi etirazların şahidi olan İran İslam Respublikası iqtisadiyyatı, xarici siyasəti və əsas hüquq və azadlıqları baxımından 2023-cü ilə çox ağır bir vəziyyətdə qədəm qoydu. İrandakı İslam rejimi 44 illik həyatı ərzində çoxsaylı ictimai....
Rusiya və İran birgə dron zavodu açacaq
Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində İranın “Şahid-136” kamikadze dronlarının istehsalı üçün zavod tikmək imkanını nəzərdən keçirir. Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb. Nəşrin mənbələrinin....