Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Qəzzaya hərbçi göndərəcək

Qazaxıstan Qəzzaya hərbçi göndərəcək


Qazaxıstan Qəzza zolağındakı beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşun və polis göndərən ölkələr arasında olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Fələstin anklavında nizamlanma üçün ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclasında bildirib.

Tramp bildirib ki, Albaniya, Kosovo və Qazaxıstan Qəzza zolağında sabitliyi təmin etmək üçün qoşun və polis təmin edəcəklərinə söz veriblər. Misir və İordaniya da Fələstin polis qüvvələrinə çox əhəmiyyətli yardım, təlim və dəstək verirlər.

Qəzza sülh planının ikinci mərhələsi Fələstin radikallarının tərksilah edilməsini, İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin oraya yerləşdirilməsini və strukturların zolağı idarə etmək üçün işə başlamasını əhatə edir.

Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzaladılar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu elan etdi.

Anar
Xəbəri paylaş