Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Serbiya: Yeni strateji əməkdaşlıq platforması

Azərbaycan–Serbiya: Yeni  strateji əməkdaşlıq platforması


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə cari ilin fevralın 15-də Belqradda keçirilmiş ölkələrimiz arasında imzalanmış müvafiq sənədlərin mübadiləsi mərasimi hər iki ölkənin münasibətlərində yeni perspektivlərin və müasir dövrün tələblərinə uyğun strateji əməkdaşlığın göstəricisidir. Rəsmi-işgüzar səfər Azərbaycan və Serbiya arasında qarşılıqlı etimad və əməkdaşlığın daha da dərinləşdiyi bir dönəmdir.

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Mahmudova deyib. O bildirib ki, mübadilə mərasimində imzalanmış sənədlər çoxşaxəli əməkdaşlıq sahələrini əhatə etmişdir:

"Ən mühüm razılaşmalardan biri “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”dir ki, bu da tərəflərin yalnız enerji deyil, sosial önəmli sahələrdə də bir-birinə dəstək verməyə hazır olduqlarını göstərir. Eyni zamanda “qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması” ilə bağlı sənəd Azərbaycandan Serbiyaya enerjidə texnoloji tərəfdaşlığın dərinləşdirilməsi üçün yeni imkanları açır".

Anar
Xəbəri paylaş