Moldova Rusiya üçün Balkanlara açar rolundadır. Həmçinin Odessaya, oradan da Qara dənizə çıxış mümkündür. Rusiyanın genişlənmə(xüsusilə Qərbə) siyasəti üçün Ukrayna, Belarus, Polşa və Moldova önəm daşıyır. Genişlənməyə buralardan başlaya bilər. Belarus zatən Lukaşenko hakimiyyəti ilə Rusiyanın təsir dairəsinə düşdü. Ukraynanı da həmin dairəyə diplomatik yolla daxil etmək cəhdi alınmadıqdan sonra, hərbi yola əl atdı. Lakin burada istədiyənə tam nail ola bilmədi. Polşanı isə ən optimal şəkildə Belarus və Ukrayna vasitəsilə zəbt etməyə səy göstərə bilər. Ukraynada vəziyyət gərgin olduğu üçün tək alterantivi olan Belarusdan istifadə edər. Amma Polşa NATO üzvü öldüğü üçün birbaşa müdaxilə bilə-bilə uçuruma getməyə bərabərdir. Kreml bunu yaxşı dərk edir. Moldova planın axırıncı parçası idi.
Ukrayna ilə Moldova arasında yer alan Transdnestryanı bölgəsi rəsmi Moskvanın nəzarəti altındadır və 150 mindən çox hərbçisini yerləşdirib. Bölgənin müstəqilliyi beynəlxalq səviyyədə tanınmır. Moldovaya hücumu həmin bazadan edə bilər. Moldova qaz enerjisin təkcə Rusiyadan idxal edir. Prezident Sandu Qərbi Rusiyadan üstün tutur. Rus qazına alternativ axtarışındadır. Bu alternativlərdən biri Rumıniya, biri də Azərbaycandır. Azərbaycanın Transadiratik boru kəmərindən faydalana bilərlər. Yəni Azərbaycan qaz boru kəmərinin bir hissəsini Rumıniya-Macarıstan və oradan da digər Avropa ölkələrinə nəql edə bilər. Moldovanın əhalisi elə çox da deyil(2/3 mln). Yəni külli miqdarda enerjiyə ehtiyac yoxdur. Moskva isə bunun əleyhinədir. Moldovanı qazı dayandırmaqla hədələyir.
Ölkədə iki baxış bucağı mövcuddur. Biri Qərb, digəri də Rusiya yönümlüdür. Son illərə kimi rus tərəfdarları çoxluq təşkil edirdi. Ancaq Avropaya inteqrasiya etmək, AB üzvü olmaq meyilləri getdikcə artdı və Sandunu seçdilər. Sandu iqtidarı da yanlış qərar verməmək, Ukraynanın gününə düşməmək üçün bəzi icraatlarını dondurdu. Rumıniya ilə “Tək millət iki dövlət” siyasəti Sandunun dövründə aktivləşdi. Sandu bu yolla ölkəni AB-yə üzv etmək niyyətində idi. Amma AB Moldovanın Dnestryanı konfliktinə görə narahatdır. Belə bir konfliktli üzvdən narahat olmasını AB üçün normal qəbul etməliyik. Bu proses referendumla həyata keçə bilər. Ölkədə isə fərqli baxışlar vardır. Birləşmə məsələsi məşəqqətli yol tələb edir.
Moldova yarıprezidentli respublikadır. Yəni həm parlamentli, həm də prezidentli respublikanın ünsürlərini özündə cəm edir. Prezident və Baş nazir önəmli fiqurlardır və dövlətin siyasi sferasında öndə gəlirlər. Moldovada mən deyərdim ki, prezident daha sözükeçərlidir. Təzə Baş Nazir seçilmiş Natalya Qavrilitsa istefa verdi. Hökumət dilemma qarşısında idi. Yəni bir yandan AB-yə inteqrasiya, üzlük məsələsi, digər yandan Kreml təhdidi, və anneksiya qorxusu(ilhaq qorxusu) arasında qalıb. Xalq Ukraynadakının analoqunu yaşamaq istəmir, onun üçün sabiq hökumətə arxa durmadı. Sandu Qavrilitsanın yerinə Dorin Receanı parlamentə namizəd göstərdi və çox güman təsdiq ediləcək də. Dorin yeni bir hökumət formalaşdırmalı və konsepsiyasını təqdim etməlidir. Mən bu konsepsiyanı hazırlamış olsam, gözləmə mövqeyini seçərdim. Qərbə aşkar tərəfdar olduğumu bildirərək Rusiyanın damarına basacağına əminəm. Dövlətim NATO üzvü də deyil ki, 5-ci maddəni tətbiq etsinlər. Nə də, AB ilə əlaqələri köklü kəsmək olmaz. “Dəngə politikası” da deyə bilərik bu gedişata. Zatən yeni hökumət bilməlidir ki, xalq təşviş içindədir. Rusiyanın imperalist siyasətinin ağır nəticələrinin olduğunu postsovet məkanı yaxşı bilir! Kreml Moldovo kimi önəmli mövqeyə malik bir ərazini əldən verməz, daha doğrusu verməməyə cəhd edəcək!
Konfliktoloq Elman Vəliyev