Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Fənərbaxça"ya Ryan Kent transferində rəqib oldu -ÖZƏL

"Fənərbaxça"ya Ryan Kent transferində rəqib oldu

Türkiyənin "Fənərbaxça" futbol klubunun ingilis oyunçu Ryan Kenti transfer etmək planı baş tutmaya bilər. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, buna səbəb sözügedən futbolçu ilə digər komandaların da maraqlanmasıdır.

Məlumata görə, ingilis futbolçuya elə İngiltərə klublarından biri transfer təklifi edib. Hələlik isə Ryan Kentin ingilis klubu, yaxud "Fənərbaxça"ya üstünlük verəcəyi dəqiq bəlli deyil.

Qeyd edək ki, "Fənərbaxça" klubu ingilis futbolçuya 3 illik transfer təklifi təqdim edib. Lakin klubun futbolçuya transfer üçün nə qədər pul təklif etdiyi açıqlanmayıb.

Oruc Niyazov
Xəbəri paylaş