Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB hava hücumundan müdafiə sistemi dronlara qarşı uyğunlaşdırılacaq

MDB hava hücumundan müdafiə sistemi dronlara qarşı uyğunlaşdırılacaq


MDB hava hücumundan müdafiə sistemi dronlara qarşı uyğunlaşdırılacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məsələ MDB ölkələri Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə Məsələləri üzrə Koordinasiya Komitəsinin 63-cü iclasında müzakirə edilib. Qırğızıstanın Çolpan Ata şəhərində keçirilən görüş barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat verib.

İclasda vahid MDB hava hücumundan müdafiə sisteminin hazırlanması, 2027-ci ildə birgə döyüş növbətçiliyinin təşkili və döyüş və əməliyyat təlim tədbirlərinin planlaşdırılması məsələləri müzakirə olunub.

MDB İcraiyyə Komitəsinin Təhlükəsizlik Əməkdaşlığı Departamentinin direktoru Yevgeni Klemez bildirib ki, müasir münaqişələrin, raket və kosmik texnologiyalarının və yeni hücum vasitələrinin təcrübəsi hava hücumundan müdafiə sisteminin yenilənməsini tələb edir.

Onun sözlərinə görə, əsas prioritetlərdən biri sistemin pilotsuz uçuş aparatlarını aşkar etmək və ələ keçirmək üçün uyğunlaşdırılmasıdır.

İclasda həmçinin silah və hərbi texnikanın inkişafı, modernləşdirilməsi və təmiri, robotlaşdırma, süni intellekt, kibermüdafiə və texnoloji müstəqillik sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüşün sonunda nümayəndə heyətləri hava hücumundan müdafiə sahəsində ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq, eləcə də vahid və inteqrasiya olunmuş regional sistemlərin inkişafı ilə bağlı razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Süleyman
Xəbəri paylaş