Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət idarəçiliyinin əsas məqsədi vətəndaşa xidmət etmək və ictimai marağı qorumaqdır

Dövlət idarəçiliyinin əsas məqsədi vətəndaşa xidmət etmək və ictimai marağı qorumaqdır


"Bəzi qurumlarda dövlət idarəçiliyinə şirkət məntiqi ilə yanaşılması ciddi suallar yaradır. Səmərəlilik və qənaət, əlbəttə, vacibdir. Amma dövlət idarəçiliyinin əsas məqsədi mənfəəti artırmaq yox, vətəndaşa xidmət etmək və ictimai marağı qorumaqdır".

Newscenter.az xəbər verir ki, bunları "Gənclərin Töhfəsi" ictimai birliyinin sədri Asim Vəliyev deyib. O bildirib ki, əgər tətbiq olunan idarəetmə modeli nəticədə vətəndaşın işini çətinləşdirir, əlavə xərc yaradır və onu bürokratik maneələrlə üz-üzə qoyursa, burada artıq səmərəlilik anlayışının özü müzakirə olunmalıdır:

"Dövlətin uğuru yalnız büdcəyə nə qədər vəsait toplaması ilə ölçülməməlidir. Vətəndaşın dövlət xidmətindən nə qədər rahat və ədalətli yararlana bilməsi də əsas göstəricilərdən biridir".

Anar
Xəbəri paylaş