
"Türkiyənin kürd məsələsinə son qoymaq, onu siyasi müstəviyə keçirmək üçün atdığı addımlar ölkə daxilində birmənalı qarşılanmır. Abdullah Öcalanın bu dəfə siyasi fiqur kimi Türkiyə siyasətinə qaytarılması, hətta ona alt komissiya tərkibində dövlət vəzifəsi verilməsi kəsinləşib.
Məsələyə müxtəlif prizmalardan, yəni onun əli qanlı terrorçu mahiyyəti, şəhid ailələrinin buna münasibəti, Türkiyə qarşı beynəlxalq mərkəzlərlə əlaqəsi və c. məsələləri nəzərə alaraq A.Öcalanın bundan sonra Türkiyə siyasətində rəsmi rol alması birmənalı deyildir".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, Türkiyənin terroru sahədə bitirmək üçün, hansı ki, buna real olaraq artıq nail olub, qəfildən MHP başqanı Dövlət Baxçalının dilindın kürd açılımı kimi irəli sürülən məlum təklifi PKK-nın silah buraxaraq siyasi müstəviyə keçməsi planı özlüyündə mübahisəli və təhlükəli məsələ olmaqla yanaşı gələcəyə yönəlik partlaması mühtəməl olan bomba xarakteri daşıyır:
"AKP-nin hakimiyyətdən getməsi ehtimalının mümkünlüyü durumunda PKK-nın siyasi qanadının Türkiyə daxilində güclənməsi və kənar qüvvələrin dəstəyi ilə yenidən pozucu fəaliyyətə qayıtması ehtimalı göz önünə alınarsa atılan bu addımın nə qədər təhlükəli olduğu görünür. Hesab edirəm ki, Türkiyə hakimiyyəti də hər şeyi dəqiq hesablayıb, gələcək riskləri nəzərə alıb".
Süleyman












































