Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Rusiya və Belarusun birliyini pozmaq istəyir:Lukaşenko

Qərb Rusiya və Belarusun birliyini pozmaq istəyir:Lukaşenko


Rusiya ilə Belarus arasında birliyin pozulması Qərb üçün faydalıdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Milli Birlik Gününə həsr olunmuş "Gənclər. Belarus. Gələcək" gənclər forumunda bildirib ki, Qərb Rusiya-Belarus birliyini pozmağı xəyal edir:

"Ancaq bunu bacarmırlar. Başa düşürəm, bunu etmək onlar üçün fayda gətirə bilər. Buna görə də mən onları, Amerika tərəfini danışıqların əvvəlində xəbərdar etdim ki, Rusiya Federasiyası ilə əlaqələri kəsməkdən söhbət gedə bilməz. Bu mövzuda heç bir danışıqlar aparıla bilməz. Eyni zamanda Çinlə. Çünki bizə qarşı sanksiyalar tətbiq edəndə, qapını bizim üçün açan məhz onlar oldu. Bu gün yaşadığımız və işlədiyimiz əsasən bunun sayəsindədir”.

Anar
Xəbəri paylaş