
Çinin lüks otel bazarı gənc auditoriyanın və artan orta təbəqənin tələblərini ödəmək üçün özünü yenidən formalaşdırır.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, Hang Lung Properties şirkətinin baş direktoru Alan Uottsun sözlərinə görə, standart xidmətlər dəsti artıq kifayət deyil. Çünki tələb fərdiləşdirməyə və spesifik xidmətlərə doğru dəyişib.
O bildirib ki, ev heyvanları əsas amil halına gəlib. Bu təlabatdan irəli gələrək Şanxay və Honkonqda otellər xüsusi otaqlardan tutmuş baxım və ev heyvanları üçün spa mərkəzlərinə qədər ev heyvanlarına uyğun yaşayış yerləri və infrastruktur təqdim edir. Ev heyvanları artıq ailə üzvləri kimi qəbul edilir və bu da müəssisələri ev heyvanlarına uyğun şəraitə investisiya qoymağa sövq edir.
Eyni zamanda, yerli kimliyə tələbat artır. Otellər yerli incəsənəti, regional mətbəxi və adət-ənənələri xidmətlərinə inteqrasiya edirlər. Bu təcrübələrə çay mərasimləri, yerli aşpazların ustad dərsləri və regional rəssamların əsərlərindən ibarət sərgilər daxildir.
Bu dəyişikliklər Çində istehlakda ümumi transformasiyanı əks etdirir və unikal təcrübələrə tələb qonaqpərvərlik sektorunda əsas seçim meyarına çevrilir.
Anar












































