Azərbaycanda 200-ə yaxın bağça müdiri vəzifəsinin vakansiyaya çıxarılması nəzərdə tutulur.
Newscenter-az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda 150-dən çox bağçada müdir vəzifəsi boşdur: "Yay aylarında bağça müdirlərinin işə qəbulu müsabiqə yolu ilə həyata keçiriləcək. Hesab edirəm ki, həmin vaxta qədər vakant yerlərin sayı 200-ə yaxınlaşacaq.
Arzu Abdulova