Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Giləzi-Xızı yolu ətrafında təmizlik aksiyası keçirilib

Giləzi-Xızı yolu ətrafında təmizlik aksiyası keçirilib


Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Giləzi-Xızı yolu ətrafında təmizlik aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin İnkişaf Proqramının əməkdaşlarının, diplomatik korpus nümayəndələrinin, Bakı Oksford məktəbinin, Elitar gimnaziyanın, Akademik Zərifə Əliyeva adına liseyin, 269 və 62 nömrəli məktəblərin müəllim və şagird heyətinin, ekokönüllülərin iştirak etdiyi aksiya zamanı 2 hektara yaxın ərazi müxtəlif növ plastik və məişət tullantılarından təmizlənərək ümumilikdə 150 kq-a yaxın tullantı toplanıb.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etməkdir.

Sevinc Mehdiyeva
Xəbəri paylaş