Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili məktəblilərlə görüşəcək

Millət vəkili məktəblilərlə görüşəcək


“Məktəbdə...” layihəsinin növbəti görüşü iyunun 7-də Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə keçiriləcək.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Fazil Mustafa olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

R.Mehdiyeva
Xəbəri paylaş