Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Salyanda şəhid ailələri ilə görüşüb

Deputat Salyanda şəhid ailələri ilə görüşüb


Milli Məclisin deputatı Jalə Əhmədova Salyanda şəhid ailələri ilə görüş keçirib.

Newscenter.az Jalə Əhmədovanın Deputat Qərargahına istinadən bildirir ki, görüşdə millət vəkili şəhidlərimizin ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onları narahat edən müəyyən məsələlərə aydınlıq gətirib:

"Dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğının ən yüksək səviyyədə olduğunu vurğuladım. Qeyd etdim ki, bu kateqoriyadan olan şəxslərin rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər dövlət siyasətində prioritet təşkil edir".

Səmimi ab-havada keçən görüşün sonunda millət vəkili Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyib.

Ruhiyyə
Xəbəri paylaş