Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistlər arasında yazı müsabiqəsi elan edildi

Jurnalistlər arasında yazı müsabiqəsi elan edildi


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda yazı müsabiqəsi elan edib.

Bu barədə Newscenter.az-a Dövlət Komitəsindən məlumat verilib.

I. Mükafatlandırma

I yer - 1nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 600 manat

Həvəsləndirici mükafat - 9 nəfər - 200 manat

II. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

- Mövzunu dolğun əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Maarifləndiricilik xüsusiyyəti;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Müsabiqəyə 07 iyun 2023-ci il tarixindən 07 iyul 2023-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq;

- Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

- Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

III. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada:

1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

- Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (çalışdığı media qurumu varsa);

- Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;

- Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

- Diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

- Yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

- Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

- Təqdimatda yer almalıdır:

- Müsabiqə yazısı ("Word" faylında, imzasız);

- Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);

- Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";

- Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);

- Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün yazılar şəxsən, eləcə də elektron poçt vasitəsilə 07 iyun 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əhməd Cavad küçəsi 16 ünvanında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Anar TAGIYEV
Xəbəri paylaş