"Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də inkişaf və tərəqqiyə doğru addım atıldı. Hər şeydən əvvəl Ulu Öndər müəllim adını özünə qaytardı, müəllim adının saflığını qoruyub-saxlaya bildi".
Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, məhz Heydər Əliyevin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsində qısa müddətdə respublikada, paytax və regionlarda yeni təhsil müəssisələri inşa edildi, məktəblər yeni ümasir tədris avadanlıqları ilə təmin olundu".
İctimai Birlik sədri deyib ki, Azərbaycan təhsilinin bu günkü uğur və nailiyyətlərinin təməlində məhz Ulu Öndər Heydər Əliyevin zamanında bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasət dayanır.
Arzu Abdulova