Ölkədə uzun illərdir hüquqi sahədə həyata keçirilən islahatlarədliyyə sistemindən də yan keçməyib. İstər məhkəmə-hüquq sistemi. istər qanunların aliliyinin təmin olunması, istərsə də cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğun təşkilində kifayət qədər işlər görülüb. Lakin hər bir sahədə olduğu kimi bu sahədə də bəzi nöqsanlar mövcuddur.
Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov deyib ki, belə problemlərdən biri də savadsız, rüşvətxor və riyakar kadrların bu sistemə yol tapmasıdır:
"Onları cəmiyyət üçün bəla hesab edirəm. Onlar rəhbərlərliyin imicinə ciddi xələl gətirirlər. Mənim aləmimdə belələri vətəndaşları mənəvi cəhətdən zədələyən saxtakarlardır, obrazlı şəkildə desək, alaq otlarıdır".
Əli İbrahimov əmin olduğunu bildirib ki, qeyri peşəkar kadrlar gec-tez layiq olduqları cəzadan qaça bilməyəcəklər.
Anar Əliyev