Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə silahlı qarşıdurma, ölənlər var -ÖZƏL

Türkiyədə silahlı qarşıdurma, ölənlər var


Türkiyədə silahlı qarşıdurma baş verib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, hadisə Türkiyənin Van vilayətində qeydə alınıb. Belə ki, Vanın Özalp Bələdiyyəsində çalışan iki işçi arasında silahlı qarşıdurma yaşanıb.

Məlumata görə, hadisə Şehit Təpə ilə Mehmet Alan məhəllələri arasındakı çöl ərazidə baş verib.

Naməlum səbəbdən bələdiyyə işçisi M.B. və İ.G. arasında atışma baş verib. Tüfənglə yaralanan bələdiyyə işçilərindən İ.G. hadisə yerində həyatını itirib. M.B. isə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş