12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının qərargahinda seçicilər ilə görüş keçirib.
Newscenter-az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib. Seçicilər işə qəbul olunmalarına, müharibə veteranı adının verilməsinə, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsi məqsədilə özünüməşğulluq proqramına cəlb edilməsilə bağlı məsələlərdə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.
Anar Əliyev