Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

72 paytaxt məktəblisi olimpiadada qalib olub

72 paytaxt məktəblisi olimpiadada qalib olub


2022-2023-cü tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarısi yayıb.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.

R.Mehdiyeva
Xəbəri paylaş