Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ailəsi üçün 5 uşaq xalq üçün faydalıdırmı?

Azərbaycan ailəsi üçün 5 uşaq xalq üçün faydalıdırmı?


Sayımız 7 milyon olanda Azərbaycanın vahid torpaq fondunda təxminən 4 mln. 600 min hektar kənd təsərrüfatına yararlı torpağımız vardı. Bu gün sayımız 10 milyon olub, torpaq isə artmayıb, həmin torpaqdır. Hələ, zəbt edilib şəxsi mülkiyyətə çevrilənləri nəzərə alsaq, praktik istifadə üçün azalma var.

Su ehtiyatlarımız da bərbaddır, getdikcə azalır.

Hər ailədə 1-2 uşağın doğulduğu halda ərzaq tədarükündə ciddi şəkildə idxaldan asılılığımız var.
İndi təsəvvür edək ki hər ailədə 5 uşaq doğuldu. İllər sonra bunun yaradacağı təzyiqi təsəvvür etmək belə çətindir.
Uzun iqtisadi əsaslandırma yazıb özümü yormayacam. Bir onu deyim ki, əhalinin artımı ÜDM artımı ilə müşahidə edilməyəndə (mütənasiblik sinxronlaşmayanda) Afrikada yavan çörəyə möhtac olan ölkələrin aqibəti yaşanır.

"Ruzini yetirən Allahdır" deyib, fundamentallıqdan qaçıb xəyallara sığınanlara məhz dünyada ən çox təbii artımına malik acından ölən çox uşaqlı Afrika ölkələrini xatırlamağı tövsiyə edərdim.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş