Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş verən hadisələrdə müəllimlə yanaşı, valideynlər də günahkardır -ÖZƏL

Baş verən hadisələrdə müəllimlə yanaşı, valideynlər də günahkardır


“Paytaxt və paytaxta yaxın ərazilərdəki bir neçə təhsil təhsil müəssisəsində valideynlərin müəllimlərə qızıl əşyaları hədiyyə etməsi ilə bağlı yayılan görüntülər təəssüf doğurur və ümid edirik ki, müvafiq qurumları məsələni obyektiv şəkildə araşdıraraq lazım olan qərarı verəcəklər”.

Bu fikirlər “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin açıqlamasında qeyd edilib. Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, sosial şəbəkələrdə yayılan hər iki hadisə ilə əlaqədar hədiyyəni qəbul edən müəllimələrlə yanaşı, həmin hədiyyəni təqdim edən valideynlər də günahkar sayılır:

“Əgər bu rüşvətxorluq halıdırsa, burada valideynlər də həmin rüşvətxorluq halının cinayətkar tərəflərindən biri sayılır. Həm də ona görə ki, bu hal məktəb yaşlı uşaqların gözü qarşısında baş verir. Valideyn bilərəkdən və bilməyərəkdən övladının gözü qarşısında rüşvətxorluq halına rəvac verir”.

İctimai Birlikdən o da qeyd edilib ki, əksər hallarda məktəblərdə belə xoşagəlməz halların baş verməsinə valideynlər rəvac yaradırlar.

Anar Əliyev
Xəbəri paylaş