“Taksi sahəsində dövlətin tənzimləmələri balanslı şəkildə olarsa, o zaman bu sahədə hansısa inkişafdan danışmaq olar. Bu gün Bakıda şərnişindaşıma avtobus, metro və taksilərlə həyata keçirilir. Bu gün bazarda olan xarici taksi şirlətləri ölkə iqtisadiyyatına kifayət qədər töhfə verib".
Newscenter.az xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Aslan Əsədov səsləndirib. O bildirib ki, ölkədə xarici taksi şirkətlərinin olması yeni iş yerlərinin açılmasına səbəb oldu:
"Bu sahədə müəyyən narazılıqlar olsa da amma əhalinin əksəriyyəti taksi şirkətlərindən razıdır. Bu gün sərnişindaşımanın digər komponentləri olan avtobus və metroya nəzər salsaq görərik ki, hər ikisində də sıxlıq müşahidə olunur. Metro müəyyən qədər öz yükünü daşıya bilsə də avtobuslarla bağlı şəhər mərkəzində müəyyən qədər yaxşı olsa da Bakıətrafı qəsəbələrə gedən avtobusların vəziyyətinin heç də yaxşı vəziyytdə olmadığını görə bilərik. Düşünürəm ki, dövlət birbaşa taksi sahəsinə nəzarət etməməlidir. Rəqabət olmayan yerdə hansısa inkişafdan danışmaq olmur. Buna misal olaraq Bakı Nəqliyyat Agentliyini(BNA) göstərmək olar".
Ekspert deyib ki. BNA indəyədək kifayət qədər iş görsə də tam olaraq avtobuslarla bağlı problemləri aradan qaldıra bilmədi:
"Yenə də şəhərətrafı qəsəbələrdə yaşayanlar ictimai nəqliyyatla bağlı çətinlik çəkir. Bu da rəqabətin olmamasına görədir".
Taksinin qalxan qiymətləri vətəndaşın cibinə uyğun olacamı?!
Aslan Əsədov hesab edir ki, hazırda vətəndaşlarımız sərfəli qiymətə taksidən istifadə edir:
"Bu gün bir çox taksi sürücüləri qiymətlərin qalxması xəbərinə sevinir. Ancaq onlar fikirləşmir ki, bu qiymət artımına görə onların qazancları azalacaq, qiymətin uyğun olmadığını görən sərnişin taksidən uzaqlaşacaq. Bu məsələnin miqyası böyükdür, müştəri olmazsa qazanc da olmaz. Taksilərin bir nöqtədən idarə olnması çox çətin bir məsələdir. Bu gün xarici və yerli taksi şirkətləri işlərini kifayət qədər yaxşı qurub, onların bazardan getməsi üçün yox, daha yaxşı xidmət göstərməsini təmin etmək lazımdı. Xarici aqreqatorların ölkənizdə çalışması, onların işlərini innovativ şəkildə qurması ölkəmiz üçün bir töhfədir. Bu xarici taksi şirkətləri ölkəyə kapital gətirir, ölkəni tanıdır. Ona görə də düşünürən ki, taksi sahəsini bir ələ almaq bu sahənin inkişafına mane olacaq. Bu məsələnin miqyası böyükdür, müştəri olmazsa qazanc da olmaz".
Anar Əliyev