Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtın bəzi yollarında xətlənmə işləri aparılır-VİDEO

Paytaxtın bəzi yollarında xətlənmə işləri aparılır-VİDEO


Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi və zəruri yerlərdə yol nişanlarının dəyişdirilməsi işləri icra olunur.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, sadalanan işlər iyun ayının 18-dək davam edəcək. Qeyd edək ki, işlər gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında icra olunur.

Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Sona
Xəbəri paylaş