Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dənizkənarı Bulvar İdarəsi Qurtuluş Günü ilə bağlı aksiya keçirir

Dənizkənarı Bulvar İdarəsi Qurtuluş Günü ilə bağlı aksiya keçirir


15 İyun- Milli Qurtuluş günü və Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirir.

Newscenter.az-a qurumdan daxil olan məlumatda bildirilib ki, aksiya 15.06.2023-cü il tarixində saat 11.00-da başlayacaq.

Tədbir çərçivəsində Milli Park ərazisində quraşdırılan monitorlarda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər nümayiş olunacaq, Heydər Əliyevə həsr edilən mahnılar səslənəcək, Milli Parka gələn ziyarətçilərə bayraqlar paylanılacaq.

Sona
Xəbəri paylaş