Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin növbəti iclası keçirilir.
Newscenter.az xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, bu, TDT təhsil nazirlərinin 7-ci iclasıdır.
Tədbirə Özbəkistan Təhsil Nazirliyi ev sahibliyi edir.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
Sona