İyunun 16-da 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonundakı Puta qəsəbə inzibatı dairəsi üzrə nümayəndəliyin binasnda bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.
Newscenter-az xəbər verir ki, qəbula gələnlər məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, 126 nömrəli marşrutun fəaliyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşgulluq proqramına cəlb olunmalarına, yeni iş yerlərinin yaradılmasına,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə, işə qəbul olunmalarına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsni xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.Müraciət edənlər bildiriblər ki, belə görüşlər deputat-seçici münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.
Qəbulda Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.
Anar Əliyev