2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Layihə çərçivəsində şagirdlər tərəfindən 2 500-dən artıq mövzu tədqiq olunub.
Newscenter.az Təhsil İdarəsinə istinadən bildirir ki, həmçinin Bakı şəhərinin inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə Akademiyanın yarımillik hesabat konfransları keçirilib.
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
R.Mehdiyeva