Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai fəaldan televiziyalara İRAD: "İmkan verin insanlar öz işləri, problemləri, ailələri ilə məşğul olsunlar"

İctimai fəaldan televiziyalara İRAD: "İmkan verin insanlar öz işləri, problemləri, ailələri ilə məşğul olsunlar"


Bəzi televiziyalara səslənərək demək istəyirəm ki, özünü aparmaq qabiliyyəti olmayan, naşı intelektli, cəmiyyəti qıcıqlandıran adamları dəvət etməklə qalmaqal yaratmaqdan, xalqı narahat etməkdən əl çəkin! İmkan verin insanlar öz işləri, problemləri, ailələri ilə məşğul olsunlar.

Möhtərəm cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti özündə Azərbaycan xalqının iradəsini ifadə edir. Bu iradənin kölgəsində dövlət siyasəti tənzimlənir, hökümət öz fəaliyyət istiqamətlərini müəyyən edir. Hər hansısa məsələdə çatışmazlıq və ya pozuntu olduqda aidiyyəti orqanlar prosesə müdaxilə edirlər. Odur ki, Aydın Xan Əbilov getsin özü kimilərinə ağıl versin. Azərbaycan xalqı hakimiyyəti, dövləti və höküməti nəyi, nə vaxt, necə etməyi çox yaxşı bilir. Oturub efirlərdən ağılı olmadığı üçün ağzına gələni danışır, xəcalət də çəkmir.

Son zamanlar vergi məsələlərini önə çəkməklə reytinq qazanmağa çalışır. Aydın Xan Əbilov! Ölkəmizdə vergi siyasəti uğurlu qurulub və xalqımızın sosial rifahının yüksəldilməsinə, iqtisadiyyatın inkişafına xidmət edir. Bir sözlə işin varsa öz işinlə məşğul ol, yoxdursa sakit otur yerində!

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş