Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi və qeyri-rəsmi qurumların bütün tədbirlərini 5 ulduz otellərdə keçirməsi mənasızdır

Rəsmi və qeyri-rəsmi qurumların bütün tədbirlərini 5 ulduz otellərdə keçirməsi mənasızdır


"Rəsmi və qeyri-rəsmi qurumların bütün tədbirlərini 5 ulduz otellərdə keçirməsi mənə çox mənasız gəlir. Əvvəla, böyük pullar xərclənir, həmin pullara o qədər faydalı işlər görmək olar ki! Faydalı layihələr, təqaüdlər, yardımlar və s. etmək olar. İkincisi, bu cür işlər tədbirin mahiyyəti ilə demək olar ki, üst-üstə düşmür. Məsələn yoxsulluqla mübarizə tədbirini və ya maliyyə səmərəliliyi barədə forumu 5 ulduz oteldə keçirmək cəmiyyətə nə mesaj verir axı?".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, bu cür tədbirlərdən doğru hədəf kütlənin faydalanması zəruridir:

"Məsələn, tibblə bağlı peşəkarlari maarifləndirici bir tədbirdirsə TİBB universiteti və Tibbi elmi institutlarda keçirmək faydalı olar. Oralardaki tələbə və işçi heyət iştirak edib faydalansın. Kiməsə pul vermək lazımdırsa, bunu böyük maliyyə imkanları olan 5 ulduz otellərə yox, buna həqiqətən ehtiyac olan universitet, tədris müəssisələri və qurumlara vermək daha doğrudur. Yemək içmək işləri üçün də bir firma ilə anlaşmaq olar".

Anar Əliyev
Xəbəri paylaş