Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ tərəfindən 9 müsabiqə və olimpiada həyata keçirilib

BŞTİ tərəfindən 9 müsabiqə və olimpiada həyata keçirilib


BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələrini əhatə edən 9 müsabiqə və olimpiada təşkil edilib.

Newscenter.az xəbər verir ki, paytaxt məktəbləri arasından keçirilən “Hekayəni paylaş”, “Yaradıcı müəllim: inkişaf edək, etdirək”, “Qarabağı tanıt” təqdimat müsabiqələri, “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi, “Ən yaxşı məktəb saytı” müsabiqəsi, “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi, həmçinin II Bakı Elm Olimpiadası, Ortaq Türk Dünyası Olimpiadası və “Zəfər” məktəblilərarası I tarix olimpiadasının əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, “Gənc iqlim çempionları 2023”, Lütfi Zadə adına məntiq olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.

R.Mehdiyeva
Xəbəri paylaş