Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Alpaqut Federasiyası (DAF) Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb

Dünya Alpaqut Federasiyası (DAF) Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb


Dünya Alpaqut Federasiyası (DAF) rəsmi olaraq Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova verib. Federasiya prezidenti qeyd edib ki, bu qeydiyyat Alpaqutun və Dünya Alpaqut Federasiyasının yüksələn imicini və təsirini bir daha təsdiqləyir:

"Qeyd edim ki, Dünya Alpaqut Federasiyasının rəsmi ISNI təşkilatı kimi tanınmasından məmnunluq duyuruq. Bu bizim üçün mühüm əhəmiyyətli bir uğurdur. ISNI fərqli sahələri, təşkilatları və fərdi şəxsləri təyin etmək üçün vacib bir alətdir. DAF-in rəsmi ISNI təşkilatına qəbul olunması təşkilatımızın profilinin və təsirinin böyüməsini göstərir.
Dünya Alpaqut Federasiyası mədəni Türk döyüş sənətlərini müasir idman elmi ilə birləşdirən döyüş sənəti təşkilatıdır. Dünyada və cəmiyyətdə pozitiv təsir yaradan döyüş sənətimizi təqdim etməyə davam edəcəyik".

Ruhiyyə
Xəbəri paylaş